...

İƏT Somaliyə edilən terror hücumunu pislədi

Dünya xəbərləri Materials 26 İyul 2023 14:55 (UTC +04:00)
İƏT Somaliyə edilən terror hücumunu pislədi

Bakı. Trend:

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Hissein Brahim Taha 24 iyul tarixində Somalidə yerləşən Moqadişu Hərbi Akademiyasına edilən terror hücumunu pisləyib.

Trend-in TurkicWorld-a istinadən məlumatına görə, o, terror hücumu nəticəsində həlak olanların ailələrinə, Somali hökumətinə və xalqına başsağlığı verib.

Bundan əlavə, o, İƏT-in terrorizmin bütün forma və təzahürlərini pislədiyini, Somali hökumətinin terrorla mübarizə səylərini dəstəklədiyini bir daha vurğulayıb.

Qeyd edək ki, 24 iyul tarixində Somalinin paytaxtı Moqadişuda hərbi akademiyada kamikadzenin hücumu nəticəsində 30-dan çox əsgər həyatını itirib, çoxlu sayda insan yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti