Bakı. Trend:
Gürcüstanın Şovi kurort zonasının yaxınlığında baş vermiş torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb.
Trend xəbər verir ki, bu barədə Gürcüstanın Fövqəladə Halların İdarəetməsi Xidməti məlumat yayıb.
Bildirilib ki, həlak olanlardan dördünün meyiti bu gün tapılıb.
Xatırladaq ki, təbii fəlakətlə əlaqədar Gürcüstanda avqustun 7-si matəm günü elan edilib.
xxx
13:28
Gürcüstanın Şovi kurort zonasının yaxınlığında baş vermiş torpaq uçqunu nəticəsində həlak olanlardan daha birinin meyiti taplıb.
Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bununla da təbii fəlakət nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb. Azı 25 nəfərin axtarışları isə davam etdirilir.
Qeyd edək ki, bu gün səhər saatlarından etibarən hərbçilər də axtarışlara qoşulub. Ərazidə ümumilikdə təxminən 400 xilasedicinin fəaliyyət göstərildiyi vurğulanıb.