...

Türkiyə müharibənin gedişatını dəyişdi - Türkiyənin milli müdafiə naziri

Dünya xəbərləri Materials 12 Avqust 2023 15:29 (UTC +04:00)
Türkiyə müharibənin gedişatını dəyişdi -  Türkiyənin milli müdafiə naziri

Bakı. Trend:

Türkiyə “Azərbaycanın yanında olacağıq” dedi və bununla müharibənin gedişatını dəyişdi.

Trend xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər “A Haber”ə müsahibəsində deyib.

"Türkiyə dost və qardaş ölkələri çətin günlərdə heç vaxt tək qoymayıb. Biz həmişə dost və qardaşlarımızın yanında olmuşuq.

Məhz Türkiyənin sayəsində Liviyada durum tənzimlənib. Əks halda vəziyyət daha pis ola bilərdi", - o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti