...

"Taxıl sazişi"ni bərpa edə biləcəyimizə inanıram - Türkiyənin milli müdafiə naziri

Dünya xəbərləri Materials 12 Avqust 2023 17:27 (UTC +04:00)
"Taxıl sazişi"ni bərpa edə biləcəyimizə inanıram - Türkiyənin milli müdafiə naziri

Bakı. Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Taxıl sazişi”nin bərpa olunması üçün səy göstərməyə davam edir.

Trend xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər “A Haber”ə müsahibəsində deyib.

O, Türkiyənin problemi həll edə biləcəyinə inamını ifadə edib:

“Şəxsən mən inanıram ki, dövlət başçımız məsələni həll edə biləcək”.

Y.Gülərin sözlərinə görə, Ukraynada müharibə başlayandan sonra hər kəs Rusiya və Ukraynanın dünyanın taxıl anbarı olduğunu öyrəndi:

“Çünki taxıl ixracının dayanması ciddi problemlər yaratdı”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti