...

Gürcüstanda torpaq sürüşməsində ölənlərin sayı 26-ya çatdı

Dünya xəbərləri Materials 15 Avqust 2023 20:35 (UTC +04:00)

Bakı. Trend:

Gürcüstanda torpaq sürüşməsinin baş verdiyi Oni bələdiyyəsində daha bir nəfərin meyiti tapılıb.

Trend xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 26 nəfərə çatıb.

Xatırladaq ki, avqustun 3-də Oni bələdiyyəsindəki Şovi kurort zonasının yaxınlığında baş vermiş təbii fəlakətlə əlaqədar avqustun 7-də Gürcüstanda matəm günü elan edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti