...

Türkiyədə meşə yanır - Helikopterlər cəlb olundu

Dünya xəbərləri Materials 15 Avqust 2023 20:47 (UTC +04:00)
Türkiyədə meşə yanır - Helikopterlər cəlb olundu

Bakı. Trend:

Türkiyənin Əskişəhər vilayətinin Alpu mahalının Beyazaltın səmtində meşədə yanğın baş verib.

Trend Türkiyə KİV-ə istinadən xəbər verir ki, əraziyə Əskişehir Meşə İdarəsinin yanğınsöndürmə qrupları cəlb edilib.

Eyni zamanda, alovların söndürülməsi işlərinə 4 helikopter və 1 təyyarə ilə havadan dəstək verilir.

Əraziyə, həmçinin, 5 su çəni, 2 su tankeri və ekoloji yanğınsöndürənlər müdaxilə edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti