...

Türkiyədə 1 milyard avro dəyərində yeni magistral yol çəkiləcək

Dünya xəbərləri Materials 26 Avqust 2023 12:01 (UTC +04:00)
Türkiyədə 1 milyard avro dəyərində yeni magistral yol çəkiləcək

Bakı. Trend:

Türkiyənin Ankara və İstanbul şəhərləri arasında 1 milyard avro dəyərində yeni magistral yol çəkiləcək.

Trend-in TurkicWorld-ə istinadən məlumatına görə, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bildirib.

Məlumata əsasən, 200 kilometr uzunluğunda olacaq Akyazı-Ankara magistral yolunun üç zolaqlı olması planlaşdırılıb.

"2028-ci ilə qədər 544 kilometrlik yeni avtomobil yolu şəbəkəsini tamamlamağı nəzərdə tuturuq. Aydın-Denizli şosesi İzmirlə yanaşı, Antalya ilə də əlaqəni təmin edəcək. Turizm məkanı olaraq Antalya, Denizli və İzmiri bu dəhlizlə birləşdirəcəyik”, - deyə o əlavə edib.

Nazir Uraloğlu onu da qeyd edib ki, Ankara ilə İstanbul arasındakı məsafəni 80 dəqiqəyə çatdıracaq yeni yüksək sürətli qatar layihəsi 2028-ci ildə tamamlanacaq.

Xatırladaq ki, 2009-cu ildə Ankara-Eskişehir xəttinin istifadəyə verilməsi ilə Türkiyə yüksək sürətli qatar texnologiyası ilə tanış olub. Bu xəttin ardınca 2011-ci ildə Ankara-Konya, 2013-cü ildə Eskişehir-Konya, 2014-cü ildə Ankara-İstanbul və Konya-İstanbul, 2022-ci ilin yanvar ayında Konya-Karaman, 2023-cü ilin aprelin 26-da Ankara-Sivas yüksək sürətli qatar xətti istifadəyə verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti