...

Əfqanıstanda zəlzələdə ölənlərin 90%-i qadın və uşaqlardır - BMT

Dünya xəbərləri Materials 13 Oktyabr 2023 13:10 (UTC +04:00)
Əfqanıstanda zəlzələdə ölənlərin 90%-i qadın və uşaqlardır - BMT
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

BMT rəsmiləri cümə axşamı bildiriblər ki, keçən həftəsonu Əfqanıstanın qərbində baş verən 6,3 bal gücündə zəlzələ nəticəsində ölənlərin 90%-dən çoxu qadın və uşaqlardır.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, UNICEF-in Heratdakı ofisinin rəhbəri Siddiq İbrahim zəlzələnin qadın və uşaqların evdə olduğu səhər saatlarında baş verdiyindən ölənlərin də daha çox qadın və uşaq olduğunu deyib. Bundan başqa, ilk zəlzələnin partlayış olduğunu düşünən insanların evlərinə qaçması da ölənlərin sayını artırıb.

Məlumata görə, Zenda-Canda əksəriyyəti qadınlar olmaqla yüzlərlə adam itkin düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti