...

Türkiyədə zərərsizləşdirilən terrorçuların sayı açıqlanıb

Dünya xəbərləri Materials 27 Dekabr 2023 15:51 (UTC +04:00)
Türkiyədə zərərsizləşdirilən terrorçuların sayı açıqlanıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə ordusu Suriya və İraqın şimalında keçirdiyi əməliyyatlarda 59 terrorçu zərərsizləşdirib.

Trend xəbər verir ki, bunu Milli Müdafiə Naziri Yaşar Gülər yerli KİV-ə açıqlamasında deyib.

"71 hədəfə qarşı hava əməliyyatı keçirilib. Dəyərli övladlarımızın qisasını aldıq və almağa da davam edirik. Ən ağır şəkildə almağa davam edəcəyik", - nazir ifadə edib.

Qeyd edək ki, dekabrın 22-si və 23-ü terror təşkilatı PKK-nın “Pəncək-kilid əməliyyatı” bölgəsində həyata keçirdiyi xain hücumunda 12 türk əsgəri şəhid olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti