...

Hindistan Amerikanın SpaceX şirkətinin köməyi ilə ilk dəfə kosmosa peyk göndərəcək

Dünya xəbərləri Materials 3 Yanvar 2024 21:05 (UTC +04:00)
Hindistan Amerikanın SpaceX şirkətinin köməyi ilə ilk dəfə kosmosa peyk göndərəcək
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Hindistan Kosmik Tədqiqatlar Təşkilatı (ISRO) və hökumətin kosmik tədqiqatlar departamenti yeni nəsil ağır rabitə peyki GSAT-20-nin buraxılması üçün Amerikanın SpaceX şirkətinin Falcon-9 daşıyıcısından istifadə etmək niyyətindədir.

Trend-in məlumatına görə, bu barədə ISRO-nun rəhbəri Şridhara Paniker Somnath bildirib.

Hindistanın Yerin geostasionar orbitinə çəkisi 4 tondan çox olan peykləri çıxara bilən öz raketləri yoxdur. Hazırda belə bir daşıyıcı üzərində iş gedir.

New Space India Limited GSAT-20-nin orbitə çıxarılması üçün SpaceX ilə müqavilə imzalayıb, missiya bu ilin ikinci rübündə baş tuta bilər.

Hindistan ilk dəfədir ki, Amerika şirkəti ilə belə bir müqavilə bağlayır. İndiyədək ISRO lazım gəldikdə Fransanın rəhbərlik etdiyi Arianespace konsorsiumunun xidmətlərindən istifadə edirdi. Çəkisi 4,7 ton olan GSAT-20 peyki ucqar rayonların rabitə xidmətlərinə artan tələbatını ödəmək üçün xüsusi olaraq hazırlanıb və bütün respublikanı genişzolaqlı internetə çıxışı təmin edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti