...

ÜST bu səbəbdən Qəzzaya dərman tədarükünü dayandırıb

Dünya xəbərləri Materials 8 Yanvar 2024 16:41 (UTC +04:00)
ÜST bu səbəbdən Qəzzaya dərman tədarükünü dayandırıb
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) təhlükəsizlik təminatı ala bilmədiyinə görə, Qəzza zolağının şimalına dərman vasitələrinin tədarükünü dayandırıb.

Trend xəbər verir ki, ÜST-ün Fələstin ofisinin müvafiq açıqlaması xarici KİV-də məlumat yayılıb.

"Ağır bombardmanlar, hərəkət məhdudiyyətləri və rabitənin pozulması xüsusən, Qəzza zolağının şimalında, dərman və tibbi ləvazimatların mütəmadi və təhlükəsiz qaydada çatdırılmasını demək olar ki, mümkünsüz edib", - açıqlamada deyilir.

Bildirilib ki, bazar gününə planlaşdırılan, lakin ləğv olunan dərman tədarükü Qəzza zolağında beş xəstəxananın fəaliyyətini dəstəkləmək üçün nəzərdə tutulub.

Qeyd edək ki, BMT-nin məlumatına əsasən, hazırda Qəzza zolağında 36 xəstəxanadan yalnız 13-ü fəaliyyət göstərir.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti