...

“İraq İslam Müqaviməti” ABŞ-ın Suriyadakı bazasına zərbələr endirib

Dünya xəbərləri Materials 14 Yanvar 2024 08:23 (UTC +04:00)
“İraq İslam Müqaviməti” ABŞ-ın Suriyadakı bazasına zərbələr endirib

Bakı. Trend:

“İraq İslam Müqaviməti”nə aid silahlı şiə birləşmələri Suriyanın Həsəkə əyalətindəki Xarab əl-Cir hava limanı yaxınlığındakı ABŞ hərbi bazasına raket zərbələri endirib.

Trend xəbər verir ki, bu barədə “Al-Mayadeen” telekanalı məlumat yayıb.

ABŞ ordusunun sözçüsü Patrik Rider bildirib ki, ABŞ qüvvələri İraq və Suriyada 2023-cü il oktyabrın 17-dən bəri 127 dəfə hücuma məruz qalıb. Bunlardan 52-si ABŞ-ın İraqdakı bazalarına, 75-i isə Suriyadakı bazalarına olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti