...

Bişkekdə Mi-8 hərbi helikopteri qəzaya uğradı: ölən var

Dünya xəbərləri Materials 17 Yanvar 2024 11:11 (UTC +04:00)
Bişkekdə Mi-8 hərbi helikopteri qəzaya uğradı: ölən var
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Qırğızıstanda Mi-8 hərbi helikopteri qəzaya uğrayıb, bir nəfər həlak olub.

Trend xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Məlumata görə, hərbi helikopter "Frunze-1" aviabazasında qəzaya uğrayıb. Helikopter Qırğızıstanın Hava Müdafiə Qüvvələrinə məxsusdur.

İlkin məlumata görə, qəza nəticəsində bir nəfər həlak olub, yeddi nəfər xəsarət alıb.

Uçuş hərbi təlim məqsədilə həyata keçirilib. Helikopterin məcburi sərt eniş icra etdiyi qeyd olunub.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti