...

İstanbulda silahlı hücum olub

Dünya xəbərləri Materials 21 Yanvar 2024 20:18 (UTC +04:00)
İstanbulda silahlı hücum olub

Bakı. Trend:

İstanbulun Sultanqazi rayonunda motosikletdə olan iki nəfər kütləyə atəş açıb.

Trend-in məlumatına görə, hadisə zamanı bir nəfər ayağından yaralanıb.

Hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım briqadaları cəlb olunub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Polis qrupları qaçan şübhəlilərin tapılması üçün əməliyyat başlatdı.

Hadisə ilə bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti