...

Somali sahillərində yoxa çıxan ABŞ hərbçilərinin cəsədləri tapılıb

Dünya xəbərləri Materials 22 Yanvar 2024 20:53 (UTC +04:00)
Somali sahillərində yoxa çıxan ABŞ hərbçilərinin cəsədləri tapılıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Mərkəzi Komandanlığı Somali sahillərində əməliyyatlar aparan donanmanın iki əsgərinin yanvarın 11-i axşam saatlarında dənizdə itdiyini açıqlayıb.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, Komandanlıq əsgərlərin taleyi ilə bağlı yeni açıqlama yayıb.

Bildirilib ki, 2 komandonun cəsədi aşkarlanıb.

"10 gündür davam edən axtarışdan sonra itkin düşmüş 2 donanma əsgərimizin yerinin müəyyən edildiyini və statuslarının “ölü” olaraq dəyişdirildiyini təəssüflə bildiririk", - məlumatda vurğulanıb.

Qeyd edək ki, ABŞ Müdafiə Nazirliyi bu gün yanvarın 11-də Somali sahillərində Ədən körfəzində yoxa çıxan ABŞ Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlı iki əsgərinin öldüyünü elan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti