...

İraq parlamenti ABŞ qüvvələrinin ölkədən çıxarılmasını müzakirə edəcək

Dünya xəbərləri Materials 3 Fevral 2024 19:25 (UTC +04:00)
İraq parlamenti ABŞ qüvvələrinin ölkədən çıxarılmasını müzakirə edəcək

Bakı. Trend:

İraq parlamenti ABŞ-ın İraq ərazisinə endirdiyi zərbələri və onların nəticələrini müzakirə etmək üçün təcili iclas keçirəcək.

Trend-in məlumatına görə, bu barədə "EFE" agentliyi xəbər verib.

Məlumata əsasən, yaxın günlərdə keçiriləcək iclas “ABŞ-ın ölkədə təkrar hücumları ilə bağlı mövqe hazırlamağa” imkan verəcək.

Deputatlar, həmçinin “beynəlxalq koalisiya qüvvələri tərəfindən İraqın suverenliyinin pozulmasına son qoyulmasının zəruriliyinə” toxunacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti