...

Qəzzada "HƏMAS" batalyonlarının 75 faizi darmadağın edilib - Netanyahu

Dünya xəbərləri Materials 5 Fevral 2024 21:58 (UTC +04:00)
Qəzzada "HƏMAS" batalyonlarının 75 faizi darmadağın edilib - Netanyahu
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsrail Müdafiə Ordusu Qəzza zolağında "HƏMAS"ın batalyonlarının 75 faizini darmadağın edib.

Trend-in məlumatına görə, bu barədə İsrailin baş naziri Benyamin Netanyahu deyib.

O qeyd edib ki, İsrail ordusu "HƏMAS"ın 24 batalyonundan 18-ni dağıdıb, yeraltı tunel sistemini fəal şəkildə məhv edir və tam qələbəyə doğru gedir. O, tam qələbəni İsrail üçün yeganə variant adlandırıb, çünki bu məqsədə nail olunmasa, "HƏMAS"ın hücumları davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti