...

Konqres əlavə maliyyə vəsaiti ayırmadan ABŞ Kiyevi silahla təmin edə bilməyəcək - Bayden

Dünya xəbərləri Materials 16 Fevral 2024 22:01 (UTC +04:00)
Konqres əlavə maliyyə vəsaiti ayırmadan ABŞ Kiyevi silahla təmin edə bilməyəcək - Bayden

Bakı. Trend:

ABŞ Konqresi müvafiq qanun layihəsini təsdiqləmədən Amerika administrasiyası Ukraynaya silah tədarükünü davam etdirə bilməyəcək.

Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti Co Bayden Ağ Evdə çıxışı zamanı deyib.

ABŞ prezidentindən soruşublar ki, Konqres tədbir görmədən Vaşinqton Kiyevi silahla təmin edə biləcəkmi. "Xeyr, amma onların hərəkətə keçməsinin vaxtıdır, elə deyilmi?", - deyə o cavab verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti