...

Aİ Misirə 7,4 milyard avro maliyyə yardımı göstərəcək

Dünya xəbərləri Materials 18 Mart 2024 04:49 (UTC +04:00)
Aİ Misirə 7,4 milyard avro maliyyə yardımı göstərəcək
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avropa İttifaqı (Aİ) Misirə 7,4 milyard avro məbləğində maliyyə yardımı göstərməyə razılaşıb. Həmçinin Qahirə ilə əlaqələrin strateji tərəfdaşlığa yüksəldildiyi açıqlanıb.

Trend-in məlumatına görə, bu barədə Avropa Komissiyası məlumat yayıb.

Məlumata görə, vəsaitin 5 milyard avrosu güzəştli kredit, 1,8 milyard avrosu investisiya və daha 600 milyon avrosu qrant şəklində veriləcək. Bunun 200 milyon avrosu miqrasiya məsələlərinin həllinə sərf olunacaq.

İtaliyanın Baş naziri Giorgia Meloni deyib ki, Misirlə razılaşma Avropaya miqrasiya axını problemini həll etmək üçün ən yaxşı yoldur. Aİ uzun müddətdir ki, Misir iqtisadiyyatında ciddi problemlər səbəbindən qeyri-sabitlik riskindən narahatdır. Avropa İttifaqına görə, bu çətinliklər Misirdən yüksək miqrant axınına səbəb ola bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti