...

İranda bir gündə 41 nəfər qəzada öldü

Dünya xəbərləri Materials 26 Mart 2024 13:10 (UTC +04:00)
İranda bir gündə 41 nəfər qəzada öldü
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İranda ötən bir sutka ərzində yol qəzaları nəticəsində 41 nəfər ölüb.

Trend-in məlumatına görə, bunu İranın yol hərəkəti qaydaları və sürücülük polisinin rəisi Teymur Hüseyni deyib.

Onun sözlərinə görə, Novruz bayramı ilə əlaqədar 14 martdan bu günədək ölkədə müxtəlif yol qəzalarında 510 nəfər ölüb.

Hüseyni deyib ki, ən çox yol qəzaları Tehran, Rəzəvi Xorasan, İsfahan, Fars və Xuzistan vilayətlərində qeydə alınıb.

Qeyd edək ki, İranda Novruz bayramında və Yeni İldə əhalinin istirahət və şənliklər təşkil etməsi əlaqədar ölkə daxili səfərləri artır.

Xəbər lenti

Xəbər lenti