...

Aktotı Raimkulova “Anev – 2024 Türk Dünyasının Mədəniyyət Paytaxtı”ilinin açılış mərasimində iştirak edib

Dünya xəbərləri Materials 29 Mart 2024 09:57 (UTC +04:00)
Aktotı Raimkulova “Anev – 2024 Türk Dünyasının Mədəniyyət Paytaxtı”ilinin açılış mərasimində iştirak edib

Bakı. Trend:

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova TÜRKSOY tərəfindən Türkmənistanın Anev şəhərinin 2024-cü il Türk Dünyası Mədəniyyət Paytaxtı elan edilməsi ilə əlaqədar açılış mərasimində iştirak edib. Açılış mərasimi Türkmənistanın Ahal vilayətində təşkil olunan silsilə mədəniyyət və incəsənət tədbirləri ilə keçirilib.

TurkicWorld xəbər verir ki, tədbirdə həmçinin, Türkmənistanın baş nazirinin müavini Mihricemal Mamedova, Türkmənistanın xarici işlər naziri Raşid Meredov, Türkmənistanın mədəniyyət naziri Atageldi Şamuradov, TÜRKSOY-un baş katibi Sultan Raev, Türk Dövlətləri Təşkilatının baş katibi Kubanıçbek Omuraliyev, Türk Akademiyasının prezidenti Şahin Mustafayev, Türkiyə Respublikasının mədəniyyət və turizm nazirinin müavini Serdar Çam, Qazaxıstan Respublikasının mədəniyyət və informasiya nazirinin müavini Yerbol Alikulov, Qırğızıstan Respublikasının mədəniyyət, informasiya, idman və gənclər siyasəti nazirinin müavini Marat Tagayev, Özbəkistan Respublikasının mədəniyyət nazirinin müavini Murodjon Macidov, Macarıstanın millətvəkili Peter Hoppal, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) sədri Serkan Kayalar və Türk Dünyasından çox sayda qonaq iştirak edib.

Tədbirin açılışında Türkmənistanın Baş nazirinin müavini Mahricemal Mamedova Türkmənistan Prezidenti Serdar Berdimuhamedovun tədbir iştirakçılarına ünvanladığı məktubunu oxuyub.

Tədbirdə açılış nitqi ilə çıxış edən TÜRKSOY-un baş katibi Sultan Raev Anev şəhərinin və bu torpaqların türkmən xalqının müqəddəs vətəni, böyük türkmən tarixinin və bənzərsiz mədəni irsinin mərkəzi olduğunu vurğulayıb. S. Raev bildirib ki, bu il TÜRKSOY tərəfindən doğumunun 300 illiyi münasibətilə Türk Dünyasında milli türkmən ədəbiyyatının klassiki, böyük şair Məhdimqulu Fəraqi ili elan olunub.

Daha sonra səhnə Türk Dünyasının sənətçilərinə verilib. Türk coğrafiyasının müxtəlif bölgələrindən - 9 ölkədən 650-dən çox sənətçi Türk xalqlarının rəngarəng rəqslərini və musiqisini ifa ediblər.

Xəbər lenti

Xəbər lenti