...

Ermənistanda hərbi kursantın ölümündə ittiham olunan 4 nəfərin cəzası ağırlaşdırılıb

Dünya xəbərləri Materials 8 Aprel 2024 17:20 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistanda hərbi kursant Aykaz Barseqyanın ölümündə ittiham olunan 4 nəfərin cəzası ağırlaşdırılıb.

Trend xəbər verir ki, bu barədə Ermənistan Hərbi Prokurluğu məlumat yayıb.

Məlumata görə, sözügedən şəxslər 18 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Barseqyan 2015-ci il yanvarın 29-da hərbi hissənin yataq otağında xüsusi amansızlıqla qətlə yetirilib. Qətli törətməkdə təqsirli bilinən şəxslər barəsində o zaman 15 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdi.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti