...

Şimali Koreya Yaponiyaya kəşfiyyat peyki buraxmaq planları barədə xəbərdarlıq edib

Dünya xəbərləri Materials 27 May 2024 06:11 (UTC +04:00)

Bakı. Trend:

Şimali Koreya Yaponiyanı iyunun 3-də gecə yarısına qədər peyk daşıyıcısı buraxmaq niyyəti barədə xəbərdar edib.

Trend-in məlumatına görə, bu barədə Yaponiya Kİ-vləei xəbər verib.

Məlumata əsasən,bildirişdə dağıntıların düşəcəyi gözlənilən üç ərazi müəyyən edilib - ikisi Koreya yarımadasının qərbində və biri Filippinin Luson adasının şərqindədir.

Yaponiyanın Baş naziri Fumio Kişida müvafiq nazirlik və idarələrə peykin mümkün orbitə buraxılması ilə bağlı məlumatların toplanması və təhlili üçün bütün səyləri göstərməyi tapşırıb.

Bildirişə cavab olaraq Yaponiya, ABŞ və Cənubi Koreya rəsmiləri telefon danışıqlarında Pxenyanı planı dayandırmağa çağıracaqlarını təsdiqləyiblər. Onlar bildiriblər ki, ballistik raket texnologiyasından istifadə edilən istənilən buraxılış BMT qətnamələrini pozacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti