...

Dağıstanda silahlı hücumlar nəticəsində 20 nəfər ölüb (YENİLƏNİB)

Dünya xəbərləri Materials 24 İyun 2024 10:23 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Dağıstanda baş vermiş terror aktları nəticəsində 20 nəfər ölüb.

Trend Rusiya KİV-nə xəbər verir ki, hadisə zamanı azı 15 polis əməkdaşı, 1 keşiş, 1 kilsə mühafizəçisi və daha 3 naməlum şəxs öldürülüb.

Daha 44 nəfərin yaralandığı qeyd olunur.

xxx

05:26

Dağıstanda baş vermiş terror aktı nəticəsində Daxili İşlər Nazirliyinin 15-dən çox əməkdaşı həlak olub.

Trend xəbər verir ki, bu barədə Dağıstan respublikasının rəhbəri Sergey Melikov öz şəxsi telegram kanalında məlumat verib.

O həmçinin terror aktı nəticəsində bir neçə mülki şəxsin də həlak olduğunu deyib.

Bundan başqa 24, 25 və 26 iyun Dağıstanda matəm günləri elan edilib.

XXX

22:54

Mahaçqala və Dərbənddə baş verən hücumlar nəticəsində ölənlərin sayı artıb.

Trend xəbər verir ki, bu barədə Dağıstan müftiliyi məlumat yayıb.

Qeyd olunub ki, terror aktları nəticəsində 9 nəfər həlak olub, onlardan yeddisi hüquq mühafizə orqanlarının əməkdaşlarıdır. Silahlı hücumlarda 25 nəfər xəsarət alıb.

XXX

21:55

Mahaçqala və Dərbənddə baş verən hücumlar nəticəsində hüquq-mühafizə orqanlarının 6 əməkdaşı həlak olub, 12 nəfər yaralanıb.

Trend xəbər verir ki, Mahaçqalada hücum edənlərdən ikisinin öldürüldüyü məlum olub.

Hücum edənlərin sayı məlum deyil.

Qeyd edək ki, bu gün axşam saatlarında Dərbənd və Mahaçqala şəhərlərində iki pravoslav kilsəsi, sinaqoq və yol polisi postuna silahlı basqın edilib.

Xəbər lenti

Xəbər lenti