...

HƏMAS-ın hərbi qanadının rəhbəri öldürüldü

Dünya xəbərləri Materials 1 Avqust 2024 14:37 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Qəzza zolağına aviahücum zamanı HƏMAS radikal qruplaşmasının hərbi qanadının rəhbəri Məhəmməd Deyf həlak olub.

Trend xəbər verir ki, bu məlumatı İsrail ordusu təsdiqləyib.

İsrail hərbçiləri bildiriblər ki, bu xəbəri təsdiqləyən kəşfiyyat məlumatına malikdirlər. İsrail tərəfi bu hücumun videosunu yayıb. Kamera Deifin yerləşdiyi binaya zərbə endirmə anını lentə alıb.

Bu hadisə İsrail ordusu iyulun 13-də Xan-Yunis əyalətinin Əl-Məvasi rayonuna aviazərbə endirərkən baş verib. Bu zərbə Məhəmməd Deyfin məhv olması məqsədilə həyata keçirilib. Həmin anda HƏMAS kompleksində qruplaşmanın Xan-Yunisdəki briqadasının komandiri Rafa Salame də olub.

Xatırladaq ki, uyulun 31-də HƏMAS-ın siyasi bürosunun başçısı İsmayıl Həmas Tehrana hücum zamanı öldürülüb. HƏMAS bu hücuma görə cavabdehliyi İsrailin və ABŞ-nin üzərinə atıb. İsrail isə bu ölümə görə məsuliyyəti öz üzərinə götürməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti