...

Böyük Britaniyada nüvə sualtı qayığının inşa edildiyi zavodda yanğın baş verib

Dünya xəbərləri Materials 30 Oktyabr 2024 17:30 (UTC +04:00)
Ramazan Abdullayev
Ramazan Abdullayev
Bütün xəbərlər

Bakı. Trend:

İngiltərənin Kumbria bölgəsindəki Barrou-in-Fernes (Barrow-in-Furness) şəhərində nüvə sualtı qayığının inşa edildiyi zavodda baş vermiş yanğın nəticəsində azı 2 nəfər xəsarət alıb.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Bildirilir ki, gecə saatlarında zavodda yanğın baş verməsi barədə Kumbria polisinə məlumat daxil olub.

Qeyd olunub ki, nüvə sızıntısı riski yoxdur və bölgə sakinlərinə qapalı yerlərdə qalmaq, pəncərə və qapıları bağlı saxlamaq tövsiyə olunub.

İlkin məlumatlara əsasən, 2 nəfər tüstüdən zəhərlənərək xəstəxanaya çatdırılıb. Hələlik insan tələfatı qeydə alınmayıb. Zavodda olanlar isə təxliyə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti