...

COP29-un yüksək səviyyədə keçirilməsi üçün lazım olan hazırlıq işləri görülüb - Nazir müavini

Cəmiyyət Materials 30 Oktyabr 2024 15:30 (UTC +04:00)
COP29-un yüksək səviyyədə keçirilməsi üçün lazım olan hazırlıq işləri görülüb - Nazir müavini
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

COP29-un yüksək səviyyədə keçirilməsi üçün lazım olan hazırlıq işləri görülüb.

Trend xəbər verir ki, bu barədə səhiyyə nazirinin müavini Nadir Zeynalov COP29 konfrasına dair görülən işlərlə bağlı mətbuat konfransında çıxışı zamanı deyib.

O qeyd edib ki, ölkəmizə çox sayda xarici qonaqlar gələcək və onların müxtəlif xəstəliklərlə bağlı şikayətlərinə baxılması, müayinə və müalicə olunması səhiyyə qurumlarının üzərinə düşür.

“Biz üzərimizə düşən vəzifələri iki yerə bölə bilərik. Profilatika və müalicə. Dünyanın müxtəlif ölkələrindən qonaqlar gələcək. Gələn qonaqların uzaqdan hərarəti ölçüləcək. Termometriya Beynəlxalq Havalimanında təşkil ediləcək. Şüphə olarsa, onunla bağlı sorğu aparılacaq və şüphəli hal olduğu təqdirdə müayinə və müalicəsi təşkil ediləcək”, - nazir müavini əlavə edib.

Xəbər lenti

Xəbər lenti