Bakı.Trend:
Azərbaycan ərazisinin 11667 kvadrat kilometri mina və partlamamış sursatlarla çirklənməyə məruz qalıb.
Trend xəbər verir ki, bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov ANAMA ilə Qarabağ Dirçəliş Fondunun donor və tərəfdaşlarının işgüzar görüşündə deyib.
O bildirib ki, ilkin hesablamalara görə, minaların sayı 1,5 milyon olması müəyyən edilib:
"Tədqiqat davam edir".
Qeyd edək ki, oktyabrın 30-da Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) ilə Qarabağ Dirçəliş Fondunun (QDF) donor və tərəfdaşlarının işgüzar görüşü keçirilib.
Böyük Qayıdış planının daha sürətli icra olunması üçün qarşıda duran ən böyük vəzifələrdən biri olan ərazilərin minalardan təmizlənməsi prosesində ANAMA-nın fəaliyyətinə dəstək göstərmək məqsədilə təşkil olunan tədbirdə rəsmi şəxslər, millət vəkilləri, Qarabağ Dirçəliş Fondunun donor və tərəfdaşları və media nümayəndələri iştirak ediblər.