...

Beynəlxalq aləm Azərbaycanın mina probleminə lazımı diqqət ayırmır - Vüqar Süleymanov

Cəmiyyət Materials 30 Oktyabr 2024 12:10 (UTC +04:00)
Beynəlxalq aləm Azərbaycanın mina probleminə lazımı diqqət ayırmır - Vüqar Süleymanov
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı.Trend:

Beynəlxalq aləm Azərbaycanın mina probleminə lazımı diqqət ayırmır.

Trend xəbər verir ki, bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov ANAMA ilə Qarabağ Dirçəliş Fondunun donor və tərəfdaşlarının işgüzar görüşündə deyib.

O bildirib ki, bu məsələdə də ikili standartlar hökm sürür.

“Ərazilərimizin mina və partlamamış sursatlardan təmizlənməsi üçün maliyyənin 95%-i dövlətimiz tərəfindən ayrılır. Qalan 5%-i isə digər dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən təmin edilir”,- o qeyd edib.

Qeyd edək ki, oktyabrın 30-da Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) ilə Qarabağ Dirçəliş Fondunun (QDF) donor və tərəfdaşlarının işgüzar görüşü keçirilib.

Böyük Qayıdış planının daha sürətli icra olunması üçün qarşıda duran ən böyük vəzifələrdən biri olan ərazilərin minalardan təmizlənməsi prosesində ANAMA-nın fəaliyyətinə dəstək göstərmək məqsədilə təşkil olunan tədbirdə rəsmi şəxslər, millət vəkilləri, Qarabağ Dirçəliş Fondunun donor və tərəfdaşları və media nümayəndələri iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti