...

Bir həftə öncə Sumqayıtda baş vermiş partlayış nəticəsində xəsarət alan şəxslərdən biri ölüb - AÇIQLAMA

Hadisə Materials 30 Oktyabr 2024 14:20 (UTC +04:00)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Bir həftə öncə Sumqayıtda müəssisədə baş vermiş partlayış nəticəsində xəsarət alan şəxslərdən biri vəfat edib.

Bu barədə Trend-in sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

"Məlumat üçün bildirək ki, 1973 və 1982-ci il təvəllüdlü şəxslər (kişi cinsli) 23.10.2024-cü il tarixində saat 11:00 radələrində Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.

Baş-boynun termiki və kimyəvi yanığı diaqnozu təyin edilən 1973-cü il təvəllüdlü və gövdənin, baş-boynun termiki və kimyəvi yanığı diaqnozları təyin edilən 1982-ci il təvəllüdlü şəxslərə xəstəxananın Təcili yardım şöbəsində müvafiq tibbi yardımlar göstərilib.

Daha sonra hər iki şəxs ixtisaslı tibbi xidmətin göstərilməsi üçün Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə təxliyə olunub.

Təxliyə olunan yaralılardan biri - 1973-ci il təvəllüdlü şəxs burada bir müddət müalicə aldıqdan sonra ambulator müalicə üçün evə buraxılıb.

Tibb müəssisəsinə gətirilərkən bədənin 90-93 % termiki yanığı diaqnozu təyin edilən 1982-ci il təvəllüdlü şəxs isə vəziyyəti ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdirilib.

Göstərilən bütün zəruri tibbi yardıma və həkimlərin çoxsaylı səylərinə baxmayaraq pasiyentin 29.10.2024-cü il tarixində yanıq toksemiyası səbəbilə ölüm faktı qeydə alınıb",- qurumdan deyilib.

Xəbər lenti

Xəbər lenti