...

İspaniyada daşqınlar səbəbindən ölənlərin sayı 70 nəfəri keçdi: əhaliyə xəbərdarlıq edildi (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 30 Oktyabr 2024 20:20 (UTC +04:00)
Ramazan Abdullayev
Ramazan Abdullayev
Bütün xəbərlər

Bakı. Trend:

İspaniyadakı daşqınlar nəticəsində ən azı 72 nəfər həyatını itirib.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İspaniyanın regional hakimiyyət orqanları məlumat yayıb.

Məlumata görə, Valensiya şəhərində ən azı 70 nəfər həyatını itirib.

İspaniyanın Baş Naziri Pedro Sançes daşqının təsir etdiyi ərazilərdəki vətəndaşlara qarşıdan gələn günlərdə daşqının güclənə biləcəyi ilə bağlı xəbərdarlıq edib. O, yerli hökumətin və müvafiq qurumların təbii fəlakət səbəbi ilə gücləndirilmiş iş rejiminə keçdiyini də vurğulayıb.

xxx

15:35

İspaniyanın Valensiya vilayətində güclü leysan yağışları və daşqınlar nəticəsində azı 51 nəfər həlak olub.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Qeyd edək ki, güclü yağışlar nəticəsində İspaniyanın cənub-şərqində geniş bir ərazi su altında qalıb. Çaylar məcralarından çıxıb.

Yollar, evlər və ictimai binalar su altında qalıb.

Dəmir yolu əlaqəsi pozulub. Sürət qatarı relsdən çıxıb. Valensiya vilayətində isə “qırmızı” təhlükə səviyyəsi elan edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti