Bakı.Trend:
İşğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi üçün Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə daha üç minaaxtaran it təqdim edilib.
Trend-in xəbərinə görə, bu barədə ANAMA ilə Qarabağ Dirçəliş Fondunun donor və tərəfdaşlarının işgüzar görüşündə məlumat verilib.
İtlər Böyük Qayıdış prosesinin sürətlənməsinə töhfə vermək məqsədilə “Azərlotereya” ASC tərəfindən alınıb və Fondun vasitəçiliyi ilə ANAMA-ya təqdim edilib.
Qeyd edək ki, oktyabrın 30-da Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) ilə Qarabağ Dirçəliş Fondunun (QDF) donor və tərəfdaşlarının işgüzar görüşü keçirilib.
Böyük Qayıdış planının daha sürətli icra olunması üçün qarşıda duran ən böyük vəzifələrdən biri olan ərazilərin minalardan təmizlənməsi prosesində ANAMA-nın fəaliyyətinə dəstək göstərmək məqsədilə təşkil olunan tədbirdə rəsmi şəxslər, millət vəkilləri, Qarabağ Dirçəliş Fondunun donor və tərəfdaşları və media nümayəndələri iştirak ediblər.