Bakı. Trend:
Cari ilin yanvar-sentyabr aylarında Azərbaycana 195 milyon 802 min ABŞ dolları dəyərində 256 min 644 ton meyvə-tərəvəz idxal edilib.
Trend-in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyər baxımından 58,4% və ya 274 milyon 474 min ABŞ dolları, həcm baxımından isə 44,5% və ya 205 min 942 ton azalıb.
Belə ki, 2023-cü ilin ilk 9 ayında Azərbaycana 470 milyon 276 min ABŞ dolları dəyərində 462 min 586 ton meyvə-tərəvəz idxal edilib.
Hesabat dövründə meyvə-tərəvəzin ümumi idxalda payı 1,34% təşkil edib.