Bakı. Trend:
İstanbulda PKK/KCK terror təşkilatı adından küçə aksiyaları keçirməyi planlaşdıran 18 şübhəli saxlanılıb.
Trend xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
Bildirilib ki, İstanbul Prokurorluğunun Terror cinayətləri İdarəsi tərəfindən başladılan araşdırma nəticəsində PKK terror qruplaşmasının “Gənclər quruluşu” və “siyasi təşkilatı” içərisində fəaliyyət göstərən 25 şübhəli aşkarlanıb.
Şübhəlilərin xüsusilə "molotov" kokteyllərindən istifadə edərək, küçə aksiyaları keçirməyi planlaşdırdıqları müəyyən edilib.
Prokurorluq həbs qərarı verdikdən sonra Terrorla Mübarizə İdarəsinin əməkdaşları əməliyyat keçirib və 18 şübhəli saxlanılıb.
Qeyd edilib ki, digər 7 nəfərin axtarışı davam edir.