...

AFFA-dan klublara cəza

İdman Materials 30 Oktyabr 2024 13:03 (UTC +04:00)

Bakı. Trend:

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Trend xəbər verir ki, yığıncaqda Misli Premyer Liqasının XI turunda baş verənlər müzakirə olunub.

“Turan Tovuz” – “Kəpəz” matçında hər iki komanda 5 futbolçusu sarı vərəqə aldığına görə 700 manat cərimə edilib. Bu görüşdə qonaqların futbolçusu Dioqo Verdaska ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb. “Kəpəz” 500 manat cərimələnib.

“Səbail” – “Sumqayıt” qarşılaşmasında hər iki klub 4 futbolçusu sarı vərəqə aldığına görə 700 manat ziyana düşüb.

Xəbər lenti

Xəbər lenti