...

Ombudsman “Əqli mülkiyyət və innovasiyalar yaşıl gələcək naminə (COP29-a doğru)” mövzusunda keçirilmiş tədbirdə çıxış edib (FOTO)

Yaşıl iqtisadiyyat Materials 30 Oktyabr 2024 15:47 (UTC +04:00)
Ombudsman “Əqli mülkiyyət və innovasiyalar yaşıl gələcək naminə (COP29-a doğru)” mövzusunda keçirilmiş tədbirdə çıxış edib (FOTO)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva “Əqli mülkiyyət və innovasiyalar yaşıl gələcək naminə (COP29-a doğru)” mövzusunda keçirilmiş tədbirdə iştirak edib.

Trend xəbər verir ki, bu barədə Ombudsman Aparatı məlumat yayıb.

Tədbirdə giriş nitqi ilə çıxış edən Müvəkkil müasir dövrün ən aktual problemlərindən biri olan iqlim dəyişikliyinin ölkələrin dayanıqlı inkişafına və əhalinin sosial rifahına mənfi təsir göstərdiyini bildirib, iqlim dəyişikliyi ilə mübarizə sahəsində qabaqcıl texnologiyaların daha geniş tətbiqinin vacib olduğunu diqqətə çatdırıb.

Son zamanlarda internetdən istifadənin genişlənməsi nəticəsində əqli mülkiyyətin ictimai həyatın bütün sahələrində rolunun artmasına səbəb olduğunu qeyd edən Ombudsman yeni - yaşıl texnologiyaların tətbiqi ilə əqli mülkiyyət hüquqlarının qorunmasının balanslaşdırılması və bununla da innovativ həllərə çıxış imkanlarının artırılmasının mühüm əhəmiyyət kəs etdiyini söyləyib.

Əqli mülkiyyət hüququnun təmin edilməsinin bir sıra fundamental hüquqların reallaşdırılmasına da zəmin yaratdığını diqqətə çatdıran Müvəkkil bu baxımdan Əqli Mülkiyyət Agentliyi ilə Ombudsman Aparatı arasında mövcud əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsinin vacib olduğunu vurğulayıb.

Səbinə Əliyeva, həmçinin ölkəmizin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməsinin mühüm əhəmiyyət kəsb etdiyini bildirib, COP29 ərəfəsində Ombudsmanların Beynəlxalq Bakı Forumunun keçirildiyini, iqlim dəyişikliklərinin yaratdığı problemlər və onların həlli yollarının müzakirə olunduğunu qeyd edib.

Xəbər lenti

Xəbər lenti