Bakı.Trend:
Ermənistan tərəfinin verdiyi mina sahələrinin formulyarları üzrə 390.709 ədəd tank əleyhinə mina və müharibənin digər qalıqları haqda məlumatlar əldə edilib.
Trend xəbər verir ki, bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov ANAMA ilə Qarabağ Dirçəliş Fondunun donor və tərəfdaşlarının işgüzar görüşündə deyib.
O bildirib ki, təhvil verilmiş formulyarlarda qeyd olunan məlumatların təxminən 25% düzgün olduğu aşkarlanıb.
"Mina sahələrinə dair formulyarlar məhdud ərazini əhatə edir ki, bu da münaqişənin təsirinə məruz qalmış ərazilərin təxminən 5%-ni və azad edilmiş ərazinin isə 1,25% təşkil edir".
Qeyd edək ki, oktyabrın 30-da Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) ilə Qarabağ Dirçəliş Fondunun (QDF) donor və tərəfdaşlarının işgüzar görüşü keçirilib.
Böyük Qayıdış planının daha sürətli icra olunması üçün qarşıda duran ən böyük vəzifələrdən biri olan ərazilərin minalardan təmizlənməsi prosesində ANAMA-nın fəaliyyətinə dəstək göstərmək məqsədilə təşkil olunan tədbirdə rəsmi şəxslər, millət vəkilləri, Qarabağ Dirçəliş Fondunun donor və tərəfdaşları və media nümayəndələri iştirak ediblər.