Bakı. Trend:
İspaniyanın cənub-şərqində Valensiya bölgəsində güclü yağışlar nəticəsində baş verən daşqınlar səbəbindən 7 nəfər itkin düşüb.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, itkin düşən 7 nəfər havadan və qurudan axtarılır.
“Ölkənin cənub-şərqində geniş bir ərazi su altında qalıb. Bu, güclü yağışların nəticəsidir. Çaylar məcralarından çıxıb. Yollar, evlər və ictimai binalar su altında qalıb. Dəmir yolu əlaqəsi pozulub. Sürət qatarı relsdən çıxıb. Valensiyada təhlükə səviyyəsi "qırmızı"dır”, - məlumatda bildirilir.
Yerli mətbuat bir neçə ölüm hadisəsi barədə məlumat verir. Suya düşən yük maşınının sürücüsünü helikopterlə son anda xilas edildiyi bildirilir.
Qeyd olunub ki, eyni üsulla təcili xidmət əməkdaşları artıq onlarla insanı xilas ediblər. Sualtı axtarış aparan dalğıclar ərazini yoxlayırlar.