Bakı. Trend:
Türkiyənin Diyarbakır vilayətində helikopter dəstəyi ilə həyata keçirilən narkotik əməliyyatlarında saxlanılan 58 şübhəlidən 30-u həbs edilib.
Trend bu barədə Türkiyə KİV-ə istinadən xəbər verir.
Məlumata əsasən, Vilayət Polis İdarəsinin Terrorla Mübarizə və Kəşfiyyat şöbələrinin qrupları tərəfindən küçə satıcıları və narkotik maddələrin ticarəti ilə məşğul olanlara qarşı "Kırlangıç" adı altında əməliyyatlar keçirilib.
Qeyd edilib ki, əməliyyatlar nəticəsində 58 şübhəli saxlanılıb, onlardan 30-u həbs edilib.