...

Azərbaycan BMT rəsmisi ilə iqlim maliyyəsi, investisiya və ticarət üzrə Bakı Təşəbbüsünə dair hazırlığı müzakirə edib

İqtisadiyyat Materials 30 Oktyabr 2024 14:24 (UTC +04:00)
Azərbaycan BMT rəsmisi ilə iqlim maliyyəsi, investisiya və ticarət üzrə Bakı Təşəbbüsünə dair hazırlığı müzakirə edib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) baş katibi xanım Rebeka Qrinspan ilə COP29 çərçivəsində baş tutacaq BICFIT-ə dair yüksək səviyyəli görüşə hazırlığı müzakirə edib.

Trend xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"İqlim maliyyəsi, investisiya və ticarət üzrə Bakı Təşəbbüsü (BICFIT) iqlim maliyyəsi, investisiya, ticarət və dayanıqlı inkişaf məsələlərini bir araya gətirərək qlobal sinerjinin təmin edilməsi istiqamətində əhəmiyyətli perspektiv vəd edir.

BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) baş katibi xanım Rebeka Qrinspan ilə videokonfrans formatında keçirdiyimiz görüşdə COP29 çərçivəsində baş tutacaq BICFIT-ə dair Yüksək Səviyyəli Görüşə hazırlığı müzakirə etdik.

İqlim maliyyəsinin inklüziv əsaslarla formalaşdırılması, özəl sektorun potensialından istifadə və qlobal dekarbonizasiya prosesində BICFIT-in mühüm rol oynaya biləcəyini vurğuladıq", - deyə paylaşımda qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti