Bakı. Trend:
Xaçmaz Rayon İcra Hakimiyyətində növbəti vətəndaş qəbulu keçirilib.
Trend xəbər verir ki, bu barədə İcra Hakimiyyəti məlumat yayıb.
Bildirilib ki, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev idarə, müəssisə və təşkilatların rəhbərləri eləcədə yerli icra nümayədənləri və bələdiyyələrin iştirakı ilə növbəti dəfə rayon sakinlərinin fərdi qaydada müraciət və təkliflərini dinləyib.
Qəbulda əvvəlcədən müraciət edən sakinlər iştirak edib.
Müraciətlər işlə təmin olunma, yolların təmiri, yaşayış
binasının dam örtüyünün dəyişdirilməsi, torpaq sahəsinin
sənədləşdirilməsinə köməklik göstərilməsi və digər sahələri əhatə
edib.
Səsləndirilən müraciətlərin bəziləri yerindəcə öz həllini tapıb.
Araşdırılması vacib olan məsələlər isə müvafiq qurumlara
yönləndirilib.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev vətəndaşların şikayət və təklifləri ilə bağlı qəbulda iştirak edən məsul şəxslərlə müzakirələr aparıb və qaldırılan məsələlərin nəzarətə götürülməsi barədə tapşırıqlar verib.