...

Bolqarıstan Bakıda COP29 çərçivəsində "yaşıl" keçid forumu keçirəcək

Yaşıl iqtisadiyyat Materials 30 Oktyabr 2024 12:57 (UTC +04:00)
Bolqarıstan Bakıda COP29 çərçivəsində "yaşıl" keçid forumu keçirəcək
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Yaşıl" keçid forumu bu ilin noyabr ayında Azərbaycanda COP29 çərçivəsində keçiriləcək.

Trend xəbər verir ki, bu barədə Azərbaycanın Bolqarıstandakı səfiri Hüseyn Hüseynov “X” sosial şəbəkəsində paylaşım edib.

"İlk dəfə Bolqarıstan tərəfindən təşkil edilən Mərkəzi və Şərqi Avropanın "yaşıl" enerji məsələləri üzrə ən böyük forumu COP29 çərçivəsində Bakıda baş tutacaq", — o qeyd edib.

Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib. İki həftə ərzində dünyanın mərkəzinə çevrilən Bakı 70-80 minə yaxın xarici qonaq qəbul edəcək.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan "Tərəflərin Konfransı" mənasını verir.

Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.

Xəbər lenti

Xəbər lenti