...

Moldova hökumətində dəyişikliklər olub

Dünya xəbərləri Materials 19 Noyabr 2024 01:10 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Moldovada daxili işlər naziri Adrian Efros hökumətdəki dəyişikliklər fonunda istefa verdiyini açıqlayıb.

Trend-in məlumatına görə, TASS-a istinadən baş nazir Dorin Reçan hökumətin səmərəliliyini artırmaq məqsədilə üç nazirliyə yeni rəhbərlərin təyin edilməsi ilə bağlı məlumat verib.

Baş nazirin sözlərinə görə, Kənd Təsərrüfatı və Qida Sənayesi Nazirliyinə Lyudmila Katlabuqa rəhbərlik edəcək. Əvvəlki nazir Vladimir Bolya isə İnfrastruktur və Regional İnkişaf Nazirliyinə keçirilir. Daniela Misail-Nikitina isə Daxili İşlər Nazirliyinə rəhbərlik edəcək.

Baş nazir Dorin Reçan dəyişikliklərin parlament və prezident administrasiyası ilə razılaşdırıldığını bildirib.

Xəbər lenti

Xəbər lenti