Bakı. Trend:
İşsizlikdən sığorta fondunun 2025-ci il üzrə gəlir və xərcləri 260 milyon 700 min manat məbləğində proqnozlaşdırılır.
Trend xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində maliyyə naziri Samir Şərifov deyib.
S.Şərifov vurğulayıb ki, İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsinin gəlirləri 206 milyon 400 min manat, İşsizlikdən sığorta fondunun 2025-ci il yanvarın 1-nə yaradılmış ehtiyatından 2025-ci ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilən vəsait 54 milyon 300 min manatdır.