Bakı. Trend:
Azərbaycana yeni minatəmizləmə texnikaları gətiriləcək.
Trend dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi hazırlıqlara başlayıb.
Belə ki, minatəmizləmə texnikaları, ehtiyat hissələri və təlim xidmətlərinin satın alınması işləri həyata keçiriləcək.
Qurum sözügedən işlərin icrasını “İmprotex İndustries” MMC-yə həvalə edib və onunla dəyəri 2.304.864 AZN (2 milyon 304 min 864 manat) olan müqavilə bağlayıb.