...

İstilik dalğaları səbəbindən təhsil nəticələri orta hesabla 14% azalır - UNICEF

Yaşıl iqtisadiyyat Materials 18 Noyabr 2024 16:01 (UTC +04:00)
İstilik dalğaları səbəbindən təhsil nəticələri orta hesabla 14% azalır - UNICEF
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

İstilik dalğalarının təsiri nəticəsində təhsil nəticələri orta hesabla 14 faiz azalır.

Trend xəbər verir ki, bu barədə UNICEF-in icraçı direktorunun müavini Kitti van der Heyden COP29 çərçivəsində təşkil edilən "Təhsilin ekoloji istiqamətə yönəldilməsi və iqlim savadlılığının artırılması" mövzusunda dəyirmi masa zamanı bildirib.

"Fikrimcə, təhsil iqlim dəyişikliklərinə uyğunlaşma sahəsində ən yaxşı investisiyadır və iqlim ilə təhsil arasında çox sıx bir əlaqə var. Bir neçə məqamı vurğulamaq istəyirəm.

Birinci məqam - iqlim təsirlərinin təhsil nəticələrinə və nailiyyətlərinə necə təsir göstərdiyi ilə bağlıdır. Məlumdur ki, məsələn, istilik dalğaları səbəbindən təhsil nəticələri orta hesabla 14 faiz azalır. Tədqiqatlar davam edir və bu göstəricilər hətta daha yüksək ola bilər. İqlim fəlakətlərini - istər qasırğa, daşqın, istərsə də quraqlıq - yaşamış uşaqların 43 faizində narahatlıq pozğunluqları yaranır ki, bu da onların müvəffəqiyyətinə birbaşa təsir edir.

Biz iqlim ilə təhsil arasındakı əlaqəni görməzdən gələ bilmərik. Əminəm ki, iqlim uyğunlaşması kontekstində təhsilə investisiya qoyuluşu tam mümkündür və böyük bir geri dönüş təmin edir", - deyə o bildirib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti