...

Azərbaycandan Avropaya qaz satışı 8,6 faiz artıb

Energetika Materials 18 Noyabr 2024 11:33 (UTC +04:00)
Azərbaycandan Avropaya qaz satışı 8,6 faiz artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar-oktyabr ayları ərzində Azərbaycandan xaricə qaz satışı 20,7 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,6 faiz çoxdur.

Trend xəbər verir ki, bu barədə məlumat Azərbaycan Respublikası Energetika Nazirliyinin açıqladığı 10 ayın neft-qaz göstəricilərində yer alıb.

Məlumata görə, qeyd olunan dövrdə Avropaya 10,6 milyard kubmetr, Türkiyəyə 8,2 milyard kubmetr, Gürcüstana isə 1,9 milyard kubmetr qaz satılıb.

Bununla da il ərzində Avropaya qaz satışı 8,6 faiz və ya 800 milyon kubmetr, Türkiyəyə isə 1,3 faiz və ya 100 milyon kubmetr daha çox qaz satışı həyata keçirilib. Gürcüstana qaz satışı dəyişməz olaraq qalıb.

Türkiyəyə TANAP-la bu müddətdə 4,7 milyard kubmetr qaz nəql olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti