...

Aİ-nin emissiya ticarəti sistemində 31 dekabr 2039-cu ildən etibarən pulsuz kvotalar olmayacaq

Yaşıl iqtisadiyyat Materials 18 Noyabr 2024 13:56 (UTC +04:00)
Aİ-nin emissiya ticarəti sistemində 31 dekabr 2039-cu ildən etibarən pulsuz kvotalar olmayacaq
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

2050-ci il üçün hədəf iqlim qanununda əks olunub və Avropa İttifaqının emissiya ticarəti sistemi çərçivəsində 31 dekabr 2039-cu ildən etibarən pulsuz kvotalar olmayacaq.

Trend xəbər verir ki, bu barədə “Cefic”in (Avropa Kimya Sənayesi Şurası) baş direktoru Marko Mensink COP29 çərçivəsində "Sənaye və energetikanın qlobal dekarbonizasiyasının sürətləndirilməsi – iqtisadiyyatın modernləşdirilməsi və inkişaf proqramı" mövzusunda panel müzakirə zamanı bildirib.

"Bu ilin 20 fevral tarixində beş sektor Avropa İttifaqına Yaşıl Kursda bir hissənin çatışmadığını bildirdi. Konkret olaraq, sənayenin bu məqsədləri necə reallaşdıracağı ilə bağlı hissə. Bizim üçün dekarbonizasiya sahəsində əsas məqam bərpa olunan elektrik enerjisindən maksimum istifadədir. Bu məsələdə biz razıyıq.

Amma ikinci məsələ – infrastruktur, yəni elektrik enerjisinin müəssisələrə çatdırılması üçün lazım olan şəbəkədir. Əgər praktik məsələlərdən danışırıqsa, bizə elektrik enerjisi və infrastrukturla bağlı dəstək lazımdır. Və daha bir məqam: ucuz elektrik enerjisi olmadan hidrogen olmayacaq, çünki hidrogen çox bahalı olacaq və dekarbonizasiya üçün istifadə edilə bilməyəcək. Əvvəlcə elektrik enerjisi lazımdır, sonra isə hidrogen", — deyə o bildirib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti