...

Türkiyə "yaşıl" transformasiya üçün sektoral infrastrukturun yaradılması üzərində çalışır

Yaşıl iqtisadiyyat Materials 18 Noyabr 2024 11:02 (UTC +04:00)
Türkiyə "yaşıl" transformasiya üçün sektoral infrastrukturun yaradılması üzərində çalışır
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə ədalətli keçidi nəzərə alaraq, "yaşıl" transformasiya üçün sektoral infrastrukturun yaradılması üzərində işləyir.

Trend xəbər verir ki, bu barədə Türkiyənin İqlim Dəyişikliyi Bürosunun rəhbəri Halil Hasar "Qlobal iqlim şəffaflığı üzrə nazirlərin dəyirmi masası"nda bildirib.

"Karbon neytrallığına nail olmaq məqsədimizə uyğun olaraq, Türkiyə aşağı karbonlu və iqlimə davamlı inkişaf istiqamətində uzunmüddətli iqlim strategiyamızı və iqlim dəyişikliyi strategiyamızı elan edib.

Həmçinin, iqlim dəyişikliyinin təsirlərinin azaldılması istiqamətində səyləri hüquqi çərçivədə müəyyənləşdirmək və emissiyaların ticarət sistemini işə salmaq üçün iqlim qanunu layihəsi hazırlamışıq. Bu qanunvericilik prosesinin yaxın vaxtlarda başa çatdırılması gözlənilir. Biz ədalətli keçidi nəzərə alaraq, yaşıl transformasiya üçün sektoral infrastrukturun yaradılması üzərində işləyirik.

Eyni zamanda, ölkəmizin tələblərini nəzərə alan elmi əsaslı milli taksonomiya qanunvericiliyi hazırlayırıq", - deyə o vurğulayıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti