...

Fermerlər Taylandın ən həssas sosial qrupudur - Nümayəndələr Palatasının üzvü

Yaşıl iqtisadiyyat Materials 17 Noyabr 2024 16:39 (UTC +04:00)
Fermerlər Taylandın ən həssas sosial qrupudur - Nümayəndələr Palatasının üzvü
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Fermerlər Taylandın ən həssas sosial qrupudur.

Trend xəbər verir ki, bunu Tayland Nümayəndələr Palatasının üzvü Sanivan Buaban COP29 çərçivəsində Parlamentlərarası İttifaqın (IPU) və Azərbaycan Respublikası Milli Məclisinin birgə təşkil etdiyi Parlament Görüşü çərçivəsində “İnsanların mobilliyinin və iqlim dəyişikliyinin idarə edilməsi: İqlim dəyişikliyinin səbəb olduğu miqrasiya və yerdəyişmə problemlərinin həlli” mövzusunda panel sessiyasında çıxışı zamanı deyib.

"Tayland iqtisadiyyatı kənd təsərrüfatı sektorundan çox asılıdır, fermerlər ən həssas qruplardan biridir. Əkin təqvimini planlaşdırarkən, getdikcə daha az proqnozlaşdırıla bilən hava şəraitinə etibar etməyə məcbur olurlar. Bəzi bölgələrdə daşqınlar və uzun sürən quraqlıq kimi tez-tez baş verən ekstremal hadisələr onların həyatına ciddi təsir edir.

Kasıb kənd əyalətlərində, xüsusən də Taylandın şimal-şərqində fermerlər üçün xüsusilə çətindir. Təkrarlanan quraqlıqlar məhsuldarlığı azaldır və bir çoxlarını ailələrini dolandırmaq üçün iş axtarışında müvəqqəti olaraq şəhər ərazilərinə köçməyə məcbur edir", - o bildirib.

Qeyd edək ki, tədbirdə Parlamentlərarası İttifaqının (IPU) Azərbaycandan vitse-prezidenti, Milli Məclisin deputatı Sevil Mikayılova da iştirak edir.

Xatırladaq ki, ötən gün Bakıda COP29 çərçivəsində Parlamentlərarası İttifaq və Azərbaycan Milli Məclisinin birgə təşkilatçılığı ilə Parlament Görüşü öz işinə başlayıb. Tədbirdə Parlamentlərarası İttifaqın prezidenti Tulia Akson, Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova, həmçinin Parlamentlərarası İttifaqın Azərbaycandan vitse-prezidenti, Milli Məclisin deputatı Sevil Mikayılova iştirak ediblər.

İki günlük tədbirdə 66 ölkədən və beynəlxalq təşkilatlardan 92 nümayəndə heyətinin, 330-dək iştirakçının qatılacağı tədbirdə 12 spiker və vitse-spiker başda olmaqla, 167 parlament üzvü iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti